Dərc edildi: Baxış sayı: 554
“Crocus Expo”da koronavirusa yoluxanlar müalicə olunacaq
Rusiyanın tanınmış azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus Expo” sərgi mərkəzində yaxın vaxtda COVID-19 virusuna yoluxanlar üçün xəstəxana fəaliyyət göstərəcək.
Bu barədə “Report”un Rusiya bürosuna “Crocus Group”un vitse-prezidenti Emin Ağalarov bildirib.
“Hazırda bu məsələ ilə məşğuluq. Dəqiq tarixi deyə bilmərəm, amma ən qısa zamanda baş tutacaq. Məncə, bir neçə həftənin söhbətidir”, - E.Ağalarov qeyd edib.
Bundan əvvəl Moskva vilayətinin qubernatorunun mətbuat xidmətindən “Crocus Expo” beynəlxalq sərgi mərkəzində, habelə “Patriot” parkında koronavirusa yoluxanların müalicəsi üçün 3 min çarpayı qurulacağı bildirilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət