Çoxlu şirniyyat yeyən insan şəkər xəstəliyinə tutula bilərmi?
Şəkərli diabet və ya şəkər xəstəliyi dünyada ən yayılmış xəstəliklərdən biri sayılır.
Müalicə olunmayan və ya düzgün müalicə olunmayan bu hiyləgər xəstəlik çox ağır fəsadlar verir - ürəyin, damarların, böyrəklərin, gözlərin sağlamlığını pozur.
İldən ilə bütün dünyada bu xəstəliyə tutulan insanların sayı artır. Söhbət ilk növbədə 2-ci tip diabetdən gedir. Bu xəstəlik 1-ci tip diabetlə müqayisədə daha çox yayılıb və yaşı 40-dan çox olan insanlarda aşkar olunur.
Bir çox insanlar fikirləşir ki, şirniyyatları çox yedikdə şəkər xəstəliyi inkişaf edə bilər. Lakin bu yanlış fikirdir. Şəkərli diabetin risk faktorları arasında - irsiyyət, bəzi mədəaltı vəzi xəstəlikləri, infeksiyalar, stress, piylənmə, yaş. Gördüyünüz kimi, risk faktorları arasında şirniyyatların çoxlu istehlakı yoxdur.
Ancaq onu da nəzərə almaq lazımdır ki, şirniyyatların çoxlu qəbulu piylənmənin riskini artırır. Piylənmə isə şəkər xəstəliyinin ən ciddi risk faktorlarından biridir.
Bundan əlavə son elmi araşdırmalar şəkərin ürək-damar sistemi üçün çox ziyanlı olduğunu göstərib.
Mənbə: Saglamolun.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət