Slimfit
  1. DÜNYA

Çox sağlam həyat tərzi təhlükəli imiş

Çox sağlam həyat tərzi təhlükəli imiş
Sakura

Çox sağlam həyat tərzi təhlükəli imiş

“Çox sağlam həyat tərzi təhlükəlidir. İnsanlar “qızıl orta”ya riayət etməlidir”.

“Rossiya 1” telekanalının məlumatına görə, bunu Rusiyada tanınmış mütəxəssis, Moskvadakı xəstəxanalardan birinin baş həkimi Aleksandr Myasnikov deyib.

O, fanatik şəkildə sağlamlıq dalınca düşməyin zərərli olduğu barədə xəbərdarlıq edib və buna görə anoreksiya, yaxud bulimiyaya məruz qalan xəstələri dəfələrlə müalicə etdiyini vurğulayıb.

“Sağlam qidalanma axtarışında bəzən insan o qədər fanatikləşir ki, qidalanmanın bütün prinsiplərini pozmağa başlayır. O fikirləşir ki, kalori nə qədər azdırsa, məhsul o qədər faydalıdır. Bununla da, təbiətdə ən vacib şeyin balans olduğunu unudur”, - deyə, həkim izah edib.

O, insanları qida, idman, pəhriz, bioloji aktiv əlavələrdə və bağırsağın “təmizlənməsində” məqbul moderativliyə riayət etməyə çağırıb.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR