Dərc edildi: Baxış sayı: 904
Çox nadir görülən təbiət hadisəsi
İngiltərənin cənub-qərbindəki Marlborough bölgəsində nadir rast gəlinən bir təbiət hadisəsi olan qar rulonları Brian Barliss adlı fermer tərəfindən görülüb.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, fermer əvvəlcə tarlasında gördüyü 6 qar rulonunu kiminsə etdiyini düşünüb. Amma ətrafda ayaq izi görmədikdə bunun öz-pözlüyündən yaranmış bir şey olduğunu anlayıb.
Küləyin ideal sürətlə əsməsi ilə qarı yuvarladığı və silindr şəklində qar rulonlarını yaratdığı güman edilir. Qar rulonları sadəcə havanın temperaturunun sıfır dərəcəyə yaxın dövrlərdə və qarın səthinin də hələ yapışqan olduğu zaman yarana bilir.
51 yaşlı fermer ilk dəfə belə təbiət hadisəsi ilə qarşılaşdığını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət