Şimal bölgəsindəki kitabxanaların daha çox kitab oxuyan üzvləri mükafatlandırılacaq
Şimal bölgəsindəki kitabxanaların daha çox kitab oxuyan üzvləri mükafatlandırılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin “Oxu bayramı” adlanan müsabiqəsi çərçivəsində hər bir rayon üzrə ən fəal üç oxucu pul mükafatı qazanacaq. Bundan əlavə, 10 nəfərə həvəsləndirici mükafat və hədiyyələr təqdim olunacaq.
Oxucu tərəfindən oxunmuş kitabların sayı və iştirakçıların mütaliə etdiyi nəşrlər barədə informasiyalıq səviyyəsi müsabiqənin əsas qiymətləndirmə meyarı sayılacaq.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Musayev bildirib ki, müsabiqənin keçirilməsinin məqsədi texnologiyaların və informasiyanın geniş yayıldığı müasir dövrdə mütaliəyə marağı artırmaq, insanları maarifləndirməkdir.
Müsabiqənin qalibləri ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar keçiriləcək ənənəvi “Kitab bayramı”nda mükafatlandırılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət