Dərc edildi: Baxış sayı: 348
“Çox istərdim ki, əsgərlikdən qayıdanda məni atam qarşılasın”
İkinci Fəxri xiyabanda Tovuz döyüşlərində şəhid olan hərbçilərimizin məzarı ziyarət olunub. Bu gün Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin ailə üzvləri, o cümlədən oğlu Elvin Mirzəyev də atasının məzarı başında olub.
Milli qəhrəmanımızın oğlu bu yaxınlarda hərbi xidmətini başa vuraraq ailəsinin yanına qayıdıb.
“Qafqazinfo” onunla söhbətləşib, atası ilə bağlı xatirələrini və hərbi xidmət təəssüratlarını öyrənib.
E.Mirzəyev deyir ki, xidmət müddətində hər zaman atasına yüksək hörmət və ehtiramın şahidi olub. O, atasının şərəfli bir yol keçdiyini, onuna qürur duyduğunu və hər zaman fəxr etdiyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət