Slimfit
  1. KOSMOS

"Çox heyrətlənmişdim " : yaponlar asteroidi niyə bombaladılar?

"Çox heyrətlənmişdim " : yaponlar asteroidi niyə bombaladılar?
Sakura

Yaponlar asteroidin vurulmasına dair yekun rəylərini bildiriblər

Yapon alimləri asteroidi bombalamaqla hansı məlumatları əldə edə bildiklərini açıqlayıblar . Unikal təcrübə göstərib ki, kosmik cismin səthi gənc və daha yumşaqdır.

Yaponiyalı alimlər tədqiqat məqsədi ilə həyata keçirilən ilk asteroid bombardmanının nəticələri barədə danışıblar. Təcrübə 2019-cu ilin aprelində, "Hayabusa-2 " elmi aparatının, Ryuqu asteroidinin səthinə bir mərmi ataraq onu partlatması ilə həyata keçirilib.

Ens.az bildirir ki, partlayış asteroiddə süni bir krater meydana gətirmək və tədqiqat üçün səthdən torpaq atmaq məqsədi ilə yerdən 300 milyon kilometr məsafədə həyata keçirilib.

Ayrılan impaktor konus şəklində olub və zonddan ayrıldıqdan 40 dəqiqə sonra partlatmaq üçün proqramlaşdırılmış bir beyzbol ölçüsünə malik mis mərmiylə təchiz olunmuşdu. Bu vəziyyətdə mərminin asteroidin səthi ilə toqquşma sürəti saniyədə iki kilometrə yaxın idi. Zondun özü, mərmi buraxıldıqdan dərhal sonra, onun səthindən uça biləcək qırıntılarla toqquşmamaq üçün asteroidin əks tərəfində gizləndi.

Bu günlərdə sözügedən atəşdən təqribən bir il sonra "Sciense" jurnalı elm adamlarının həyata keçirdikləri bu tarixi eksperimentin nəticələrini dərc ediblər .

Ryuqu asteroidi, bütün məlum asteroidlərin dörddə üçünün aid olduğu karbonat A sinfinə daxildir. Keçmiş tədqiqatlar sübut edir ki, bu asteroidlər ilk Günəş sisteminin mədən qalıqlarını təşkil edir və tərkibində 4,6 milyard il əvvəl Günəş və planetlərin meydana gətirdiyi toz və qaz buludu maddələrinin izləri var. Ryuqu asteroidini öyrənmək üçün üzərinə bir neçə kiçik cihaz yerləşdirilərək göndərilən "Hayabusa-2" , asteroidin tərkibinin yumşaq olduğu və 50%- nin boşluqlardan ibarət olduğunu müəyyənləşdirdi. Zərbənin təsiri onun daxili quruluşunu öyrənməyə imkan yaratmalı idi.

Asteroidin səthində toqquşmadan sonra diametri 14 metr olan süni bir krater meydana gəldiyi ortaya çıxdı. Onun dibində, bir hissəsi də ətrafdakı boşluğa atılan qədim maddəyə rast gəlindi. Eyni zamanda, Hayabusa bortundakı kamera, ortaya çıxan maddənin təkamülünü izləyə bildi.

Kraterin qıraqlarında val yarandı, mərkəzində isə eni 3, dərinliyi 0,6 metr olan konusşəkilli çuxur meydana gəlib. Kobe Universitetinin tədqiqatçı müəllifi Masahiko Arakava etiraf edib ki, "Kraterin bu qədər böyük olduğuna çox heyrətləndim" . Onun sözlərinə görə, krater Yerdəki oxşar şəraitdə gözləniləndən təxminən yeddi dəfə böyük idi. Krater yarımdairə şəklində idi və maddələr ətrafa asimmetrik olaraq səpildi.

Bütün bunlar zərbə yerində böyük bir qayanın olmasına dair elm adamlarında əminlik yaratdı.

Süni kraterin xüsusiyyətləri elm adamlarına göstərdi ki, onun ölçüsü qayanın xüsusiyyətləri ilə deyil, asteroidin cazibə qüvvəsi ilə daha çox məhdudlaşır. Bu isə öz növbəsində mövcud fərziyyəni təsdiqləyir: asteroidin səthi öz xüsusiyyətlərinə görə səpələnmiş qumu xatırladır.

Yeni məlumatlar asteroidin səthinin nə qədər tez yeniləndiyini qiymətləndirməyə imkan verib. Əgər əvvəlki hesablamalar 158 milyon il verirdilərsə, son məlumatlara görə, asteroidin səthi daha cavandır - cəmi 10 milyon il.

JAXA "Hayabusa-2" avtomatik planetlərarası stansiyası 3 dekabr 2014-cü ildə Yaponiyanın Taneqaşima Kosmodromundan işə salınıb. 3 dekabr 2015-ci ildə zond yerdən cazibə qüvvəsi ilə manevr etdi, oradan 3100 km məsafəni qət etdi və əlavə sürət alaraq Ryuqu asteroidinə getdi.

Toplanan nümunələrin Yerə çatdırılması 2020-ci ilin sonuna planlaşdırılıb. Bu, Yaponiyada həyata keçirilən ikinci belə missiyadır. Ilk dəfə 2003-cü ildə JAXA "Hayabusa" kosmik gəmisini kosmosa göndərdi. O 2005-ci ildə It akawa asteroidinə çatdı. Bu həmin adteroiddir ki, 2010-cu ildə ilk dəfə torpaq nümunələri Yerə çatdırılıb.

Mənbə: www.gazeta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR