Slimfit
  1. İDMAN

Çövkən oyunu üzrə Prezident Kubokunun qalibi məlum olub

Çövkən oyunu üzrə Prezident Kubokunun qalibi məlum olub
Sakura

Çövkən oyunu üzrə Prezident Kubokunun qalibi məlum olub

Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli oyunu üzrə Prezident Kubokunun final matçı keçirilib.

"Report" xəbər verir ki, həlledici görüşü Dünya Etnosport Konfederasiyasiyasının prezidenti Bilal Ərdoğan, Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər izləyiblər.

E.Quliyev yeddinci dəfə keçirilən ənənəvi turnirin Prezident İlham Əliyevin ad gününə həsr olunduğunu bildirib. O qeyd edib ki, yarış artıq beynəlxalq aləmə də səs salıb. B.Ərdoğan yarışın maraqla qarşılandığını deyib və təşkilatçılara təşəkkürünü bildirib. Türkiyəli qonaq dövlət başçısı İlham Əliyevi ad günü münasibəti təbrik edib.

Ə.Qarayev isə yarışın ilk mərhələsinin UNESCO-nun mədəni irsinə daxil olan Şəkidə keçirildiyini, yarımfinal və final oyunlarının Bakıda təşkil olunduğunu diqqətə çatdırıb

Finalda "Buta Golden"i 3:0 hesabı ilə məğlub edən "Omar" yarışın qalibi olub.

Qeyd edək ki, 3-cü yer uğrunda görüşdə “Sərhədçi” “Polad”a uduzub - 0:5.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR