Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

COVID-19 xəstələrinin üçdə biri gözlərindən əziyyət çəkir

COVID-19  xəstələrinin üçdə biri gözlərindən əziyyət çəkir
Sakura

COVID-19 xəstələrinin üçdə biri gözlərindən əziyyət çəkir

İltihab, qızartı, şişkinlik və gözün sulanması - bu cür oftalmologiya simptomları koronavirus infeksiyası nəticəsində baş verə bilər.

Ens.az saytı bildirir ki, bu barədə “JAMA Ophthalmology” jurnalında dərc olunan kiçik bir hesabatda bildirilib.

Çinin İçan şəhərindəki (Hubey əyaləti) mərkəzi xəstəxananın həkimləri, 9 fevral-15 fevral 2020-ci il tarixlərində xəstəxanada COVID-19  -dan müalicə alan olan 38 xəstədə gözlərin konyuktivinin (selikli qişasının) vəziyyətini, həmçinin gənziklərinin təhlilini aparıblar.

Onlardan 28-də virus hissəcikləri burun və udlaq yaxmalarında, ikisində isə konyuktivli gözlərdən axan göz damcılarında  aşkar edilmişdi.  Eyni zamanda, 12 xəstədə gözlərdə  virus infeksiyası ilə əlaqəli müxtəlif təzahürlər - konyuktivit (iltihab), selikli qişanın qızartısı, şiş və gözdə sulanma artmışdı.

Göz yaşlarında SARS-CoV-2 olması yalnız iki xəstədə aşkar edilsə də, həkimlər koronavirusun bu üsulla da  ötürülməsinin mümkünlüyünü  bildiriblər.

Mənbə: mail.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR