Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

COVID-19 virusuna hansı heyvanlar meyllidir

COVID-19 virusuna hansı heyvanlar meyllidir
Sakura

Alimlər onların siyahısını tərtib ediblər

 Ümumilikdə siyahıda 410 onurğalı heyvan növü var və dar burunlu meymunlar və hominidlər ən yüksək risk qrupundadırlar.

 Siyahı, insanlar arasında ACE2 olaraq da bilinən angiotens çevirici ferment 2- nin heyvanlarda bənzərliyinə əsaslanaraq tərtib edilmişdir. SARS-CoV-2 üçün bu protein,  hüceyrələrə əsas "giriş nöqtəsidir" və  bu prossesdə insan orqanizmində  ACE2-nin 25 amin turşusu əsas rol oynayır.

 Buna görə tədqiqat müəllifləri - Devisdəki Kaliforniya Universitetinin alimləri, digər universitetlərdən olan həmkarları ilə birlikdə, genetik analizdən istifadə edərək dörd yüzdən çox onurğalı heyvan növdən ACE2-nin amin turşusu ardıcıllığını toplayaraq onları müqayisə etdilər, ardıcıllıqlarının insanlara nə qədər bənzədiyindən asılı olaraq heyvanları beş risk qrupuna böldülər.

 "İnsan zülalının amin turşularına uyğun gələn,  25 amin turşusu olan heyvanların ACE2 vasitəsilə COVID-19-a yoluxma riski çox yüksəkdir" deyə tədqiqata əsas töhfə verən Coana Damas bildirib.  "Və risk, müəyyən bir növdə ACE2 amin turşusu qalıqlarının insanlardan daha çox fərqlənməsi nisbətində aşağı düşür."

 Təbii ki, insanlardan əlavə, cəmi 18 növ olan -  qərb ovalığı qorillası, şimpanze və bonobos kimi dar burunlu meymunlar və hominidlər ən yüksək risk qrupundadır.

 İkinci qrupa, aralarında on iki növ balina və delfin, yeddi növ gəmirici, üç növ maral və lemura bənzər primatlar, iki növ dişsiz məməlilər - nəhəng qarışqayeyən və tamandua, həmçinin meymunlar ailəsindən olan Angolan kolobusu da olmaqla bütövlükdə 28 növ daxil edilib.

 Orta risk qrupuna sibir pələngləri və ev pişiyi də daxil olmaqla pişiklər, 13 primat növü, 11 növ gəmirici , 21 növ  artiodaktil , 3 növ lagomorf və bir cetacean( dəniz məməlisi) daxildir.

 İtlərdə, donuzlarda, atlarda və Afrika fillərində xəstəlik ehtimalı azdır, quşlarda, sürünənlərdə, amfibiya və marsupiallarda ümumiyyətlə sıfıra bərabərdir, məsələn, yerli siçan və Kaliforniya dəniz aslanında olduğu kimi.

Mənbə: popmech.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR