Slimfit
  1. CƏMİYYƏT

COVID-19-un ikinci dalğasının əsas göstəriciləri AÇIQLANDI

COVID-19-un ikinci dalğasının əsas göstəriciləri AÇIQLANDI
Sakura

COVID-19-un ikinci dalğasının əsas göstəriciləri AÇIQLANDI

“Koronavirusa yoluxma dalğalarını qiymətləndirmək üçün xəstələnənlərlə sağalanlar arasındakı nisbəti əsas götürmək lazımdır”.

Ens.az  KONKRET.az-a istinadən xəbər verir ki, bunu “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Səhiyyə İqtisadiyyatı İnstitutunun direktoru Larisa Popoviç deyib.

“Moskvada evə buraxılanların sayı stabil şəkildə xəstəxanaya çatdırılan və müəyyən edilən yoluxmaların sayını üstələyir. Bu, çox yaxşı dinamikadır”, – deyə L.Popoviç bildirib.

O, digər ərazilərdə statistikanın fərqli olduğunu da əlavə edib.

“Payızda yoluxanların sayının artması “ikinci dalğa” demək deyil. Dalğanın formal əlamətləri yoxdur, sadəcə, keçmiş dövrlə yeni dövr arasında fərqlər var”, – deyə L.Popoviç qeyd edib.

Öz növbəsində virusoloq Anatoli Altşteyn də qeyd edib ki, Rusiyada COVID-19-a yoluxmada artım müşahidə olunur, ancaq bunu ikinci dalğa adlandırmaq olmaz.

Çünki hələlik birinci dalğa sona çatmayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR