Slimfit
  1. CƏMİYYƏT

COVID-19-u neytrallaşdıran daha bir üsul tapıldı

COVID-19-u neytrallaşdıran daha bir üsul tapıldı
Sakura

COVID-19-u neytrallaşdıran daha bir üsul tapıldı

Beynəlxalq alimlər qrupu Utrext Universitetində aparılan təcrübələr zamanı laboratoriyada COVID-19-u məğlub edən monoklonal anticisimlər əldə ediblər.

Ens.az “Report”-a  istinadən verdiyi xəbərə görə, elm adamlarının araşdırmalara dair məqaləsi “Nature Communication” jurnalında dərc olunub.

Monoklonal anticisimlər, eyni hüceyrə klonuna aid olan immun hüceyrələr tərəfindən istehsal edilən anticisimlərdir (zülallar). Biologiya və tibbdə geniş istifadə olunur, məsələn, peyvəndlər onların əsasında yaradılır.

Alimlər SARS-CoV-2 virusunun insan hüceyrələrinə nüfuz etdiyi zülalı neytrallaşdıran monoklonal anticisimlərin “47D11” olduğunu müəyyən ediblər.

Məqalə müəllifləri gələcəkdə koronavirus infeksiyasının müalicəsi üçün lazım olan dərmanları hazırlamaq üçün bu anticisimlərlə sınaqları davam etdirmək niyyətindədirlər.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR