Dərc edildi: Baxış sayı: 3341
COVID-19-u 5G yayır? - ÜST-dən RƏSMİ AÇIQLAMA
Viruslar radiodalğalar mobil şəbəkələr vasitəsilə yayılmır.
Ens.az Medicina.az-a istinadən xəbər verir ki, bu fikir Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəsmi səhifəsində bildirilib.
Qeyd olunub ki, COVID-19 5G mobil şəbəkələrinə malik olmayan ölkələrdə də var.
"COVID-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsilə yayılır. Həmçinin virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxa bilərsiniz", - deyə məlumatda vurğulanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət