Slimfit
  1. DÜNYA

COVID-19 pasportu tərtib edildi - Artıq səyahət edərkən...

COVID-19 pasportu tərtib edildi - Artıq səyahət edərkən...
Sakura

COVID-19 pasportu tərtib edildi - Artıq səyahət edərkən...

Danimarka vətəndaşları üçün COVID-19 pasportu tərtib edib.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, yetkinlik yaşına çatmış bütün Danimarka vətəndaşları xarici səyahətlərdə istifadə edilə biləcək pasportu ölkənin milli səhiyyə vebsaytından pulsuz yükləyə biləcək.

Pasportu almaq üçün öncəliklə “coronaprover.dk” vebsaytına testdən keçmək üçün müraciət etmək lazımdır. Cavab neqativ çıxarsa, “NemID” rəqəmsal proqramı müdaxilə edir və milli səhiyyə vebsaytına daxil olunaraq rəsmi koronavirus sertifikatı yüklənir.

Pasport sayəsində danimarkalılar test nəticələrini tələb olunan hər yerdə rahat şəkildə göstərə biləcək.

Valideynlər öz “NemID”lərindən istifadə edərək uşaqları üçün də COVID-19 pasportu çıxara biləcək.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa yoluxan və sağalan şəxslərin, həmçinin, test nəticələri neqativ çıxanların COVID-19 pasportu kimi sənədlər çıxarmaması mövzusunda xəbərdarlıq edib. Buna səbəb xəstəliyə yenidən yoluxma riskinin olmamasının elmdə sübutunun tapılmaması göstərilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR