Slimfit
  1. DÜNYA

COVID-19-dan vəfat etmiş cavan adamların 75 faizinin əlavə xəstəlikləri də olub

COVID-19-dan vəfat etmiş cavan adamların 75 faizinin əlavə xəstəlikləri də olub
Sakura

COVID-19-dan vəfat etmiş cavan adamların 75 faizinin əlavə xəstəlikləri də olub

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəfindən sentyabrın 15-də dərc edilmiş məlumata görə, ABŞ-da COVID-19-dan vəfat etmiş cavan adamların orta hesabla hər 4 nəfərinin 3-də başqa xəstəliklər olub.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzin məlumatına görə, fevralın 12-dən iyulun 31-dək koronavirusdan vəfat etmiş, yaşı 21 və daha az olan 120 amerikalının 70 faizi 10-20 yaşlarında, 20 faizi 1-9 yaşlarında, 10 faizi isə 1 yaşa qədər uşaqlar olub. Hesabatda göstərilir ki, COVID-19 koronavirusundan vəfat etmiş cavan insanların 45 faizi ispandilli amerikalı, 29 faizi qaradərili amerikalı, 4 faizi Amerika hinduları və ya Alyaskanın yerli sakinləri olub.

COVID-19-dan və onunla bağlı fəsadlardan vəfat etmiş cavan adamların 25 faizi sağlam, qalanları isə sağlamlıqla bağlı problemlərdən əziyyət çəkənlər (astma - 28 faiz, piylənmə - 27 faiz, nevroloji pozuntular və ümumi inkişafda geri qalma - 22 faiz, ürək-damar xəstəlikləri - 18 faiz) olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR