Slimfit
  1. CƏMİYYƏT

Çörəyi qurtaran vətəndaşın köməyinə polis yetişdi

Çörəyi qurtaran vətəndaşın köməyinə polis yetişdi
Sakura

Çörəyi qurtaran vətəndaşın köməyinə polis yetişdi

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən vətəndaş polisdən çörək istəyib.

Ens.az xəbər verir ki, bu barədə Oxu.Az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, Xətai rayon İnqilab İsmayılov 16 ünvanında yaşayan paytaxt sakini Nail Şirinov iri rayon və şəhərlərdə tətbiq edilən sərt karantin rejimi ilə əlaqədar mağazaların bağlı olduğunu, evdə digər ərzaq məhsullarının olmasına baxmayaraq ailəsinin çörəyə ehtiyacının yarandığını bildirib.

Dərhal ərazi üzrə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşın mənzilinə gedilib və müraciət edən ailə çörəklə təmin olunub.

Nail Şirinov ona göstərilən bu diqqətə görə polislərə təşəkkürünü bildirib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR