Slimfit
  1. TARİX

Çörçillə İslamı qəbul etməyə kim mane oldu?

Çörçillə İslamı qəbul etməyə kim mane oldu?
Sakura

Çörçillə İslamı qəbul etməyə kim mane oldu?

Böyük Britaniyanın sabiq Baş naziri Uinston Çörçillin ailəsi onun İslam dinini qəbul edəcəyindən narahat imişlər. Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Britaniya mətbuatında dərc olunan məktub sübut edib.

Kembric Universitetinin alimi Uorren Dokter sonralar Baş nazirin qardaşı Cekə ərə gedən Qvendolin Bertinin 1907-ci ildə yazdığı məktubu dərc edib. Q.Berti U.Çörçillə ünvanlanan məktubda yazırdı: "Zəhmət olmasa, İslamı qəbul etmə. Mən səndə səni paşalara oxşadan Şərq meyilləri görürəm". Cavabında U.Çörçill yazır: "Olmaq istərdim".

Alimin sözlərinə görə, Baş nazir heç vaxt ciddi şəkildə İslamı qəbul etmək barədə düşünməyib. U.Dokter yazır: "O, həmin dövrdə ehtimal ki, daha çox ateist idi. Bununla belə, müsəlman mədəniyyətinə heyran idi. Bu o zaman viktorian dövrünün insanlarını birləşdirirdi".

Britaniyanın məşhur siyasətçisi müsəlman dini və mədəniyyəti ilə Sudanda zabit kimi xidmət edərkən tanış olub. Bundan başqa, ərəbşünas və şair Uilfrid Blant onun dostu idi. Lakin U.Dokterin qeyd etdiyi kimi, onların dost olmasına və "Blantın ekssentrik əyləncə gecələrində ərəb qiyafəsində geyinmələrinə" baxmayaraq, onlar nadir hallarda nədəsə razılaşırdılar.

1940-cı ildə U.Çörçill müharibədə müsəlman ölkələrinin loyallığını qazanmaq üçün Londonun mərkəzi məscidinin tikintisi planını bəyənib və bunun üçün 100 min funt ayırıb.

Qeyd edək ki, U.Çörçill 1940-1945-ci və 1951-1955-ci illərdə Böyük Britaniyanın Baş naziri olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR