Slimfit
  1. CƏMİYYƏT

COP29-a görə Bakıda bəzi şadlıq saraylarında toylar təxirə salındı

COP29-a görə Bakıda bəzi şadlıq saraylarında toylar təxirə salındı
Sakura

COP29-a görə Bakıda bəzi şadlıq saraylarında toylar təxirə salındı

Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar paytaxtdakı bəzi şadlıq saraylarında toyların keçirilməsi təxirə salınıb.

Ens.az Report-a istinadla xəbər verir ki, artıq tədbirin baş tutacağı Bakı Olimpiya Stadionu ətrafındakı bəzi şadlıq sarayları noyabr ayı üçün sifarişləri qəbul etmir.

Onlar bunu COP29-la əlaqədar ölkəyə gələcək xarici vətəndaşların çoxluğu və bu mühüm tədbirin uğurlu keçirilməsi ilə bağlı paytaxtda yarana biləcək sıxlığın aradan qaldırılmasına dəstək göstərməkləri ilə əlaqələndirirlər.

Bakıdakı bir sıra restoranlardan bildiriblər ki, noyabrın 8-dən 22-nə qədər toyların sifarişini qəbul etmirlər və əvvəlcədən həmin ay üçün qəbul olunan toy sifarişlərinin vaxtı dəyişdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR