Dərc edildi: Baxış sayı: 479
Conson BMT baş katibi ilə Yaxın Şərqi müzakirə etdi
İngiltərənin Baş naziri Boris Conson və BMT-nin baş katibi Antonio Quterreş Nyu-Yorkdakı görüşdə Yəmən, Liviya və Suriyanı, habelə iqlim dəyişikliyi ilə bağlı məsələləri müzakirə ediblər.
Axar.az xəbər verir ki, tərəflər həmçinin İran mövzusunda gərginliyin azaldılmasının vacibliyini diqqətə çatdırıblar
"İqlim dəyişikliyinə qarşı ikitərəfli müzakirələr aparıldı. BMT-nin baş katibi bu məsələdə İngiltərənin rəhbərliyini məmnuniyyətlə qarşıladı. Yəmən, Liviya və Suriyanı da əhatə edən xarici siyasət mövzuları da müzakirə olundu . İran mövzusunda gərginliyin azalmasının vacibliyi haqda tərəflər razılığa gələ bildilər", - deyə bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət