Slimfit
  1. İDMAN

Con Terri “Spartak”ı da bəyənmədi

Con Terri “Spartak”ı da bəyənmədi
Sakura

Con Terri “Spartak”ı da bəyənmədi

İngiltərə yığmasının sabiq futbolçusu Con Terrinin Rusiyanın “Spartak" (Moskva) klubu ilə danışıqlar apardığı xəbərini vermişdik.

Sportlife.az xəbər verir ki, 37 yaşlı futbolçu “Spartak”la razılaşmadıqlarını açıqlayıb. Bu barədə futbolçu “İnstagram” hesabından məlumat verib.

Terri paylaşımında “Spartak”a onu transfer etmək istədikləri üçün təşəkkür edib:

“Uzun müddət düşündükdən sonra “Spartak”a getməməyə qərar verdim. Onlara təşəkkür edirəm. Ailəmlə görüşdükdən sonra Rusiyaya getməyin yaxşı qərar olmadığını düşündük".

Terri bir müddət əvvəl "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq"in də təklifini qəbul etməmişdi.

“Çelsi”nin yetirməsi olan Terri, 17 il “zadəganlar”da forma geyindikdən sonra “Aston Villa”ya keçmişdi. O, bir müddət əvvəl Çempionşip təmsilçisi ilə müqaviləsini ləğv edib və hazırda azad agent statusu daşıyır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR