Dərc edildi: Baxış sayı: 597
Con Lennonun eynəyi hərracda 183 min dollara satıldı
Britaniyalı musiqiçi və "The Beatles" qrupunun üzvü Con Lennonun dairəvi eynəyi hərracda satılıb.
Bu barədə “Sotheby's” hərrac evinin saytında məlumat verilir.
Bildirilir ki, aksessuar 137,5 min funt sterlinqə (183 min dollardan bir qədər çox) satılıb.
Eynək Con Lennona 1966-cı ildə Riçard Lesterin "Mən müharibədə necə qalib gəldim" filmindəki roluna hazırlaşanda verilib. Bir müddət sonra isə bu eynək musiqiçinin obrazı ilə assosiasiya edilməyə başlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət