Con Bolton Rusiyanı oğurluqda ittiham etdi
Con Bolton “Voice of America”ya müsahibəsində deyib ki, Rusiya iqtisadiyyatı Niderland kriteriyalarına yaxındır:
“Lakin Rusiya təkcə nüvə arsenalını modernləşdirmək üçün deyil, həm də yeni nəqliyyat vasitələri – hipersəs silahlar yaratmaq üçün kifayət qədər pul xərcləyir”.
ABŞ rəsmisi qeyd edib ki, Rusiyanın hipersəs planlı uçuş aparatları, hipersəs qanadlı raketləri Amerika texnologiyasından oğurluqdur.
Onun sözlərinə görə, digər ölkələrin də həmin ideyanı əldə edəcəyi ehtimalı ABŞ və müttəfiqləri üçün əsl problem olaraq qalır.
C.Bolton Severodvinsk hərbi təlim poliqonunda baş verən hadisəni də şərh edib.
Müşavirin fikrincə, poliqondakı hadisə Rusiyanın nüvə silahlarının təkmilləşdirdiyini nümayiş etdirir.
Xatırladaq ki, avqustun 8-də Rusiyanın Arxangelsk vilayətindəki Severodvinsk şəhəri yaxınlığında poliqonda partlayış baş verib. Avqustun 10-da “Rosatom” dövlət korporasiyası məlumat verib ki, şirkətin 5 əməkdaşı hadisə nəticəsində ölüb.
Partlayışın raket sınağı zamanı baş verdiyi bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət