Dərc edildi: Baxış sayı: 825
“Coker” bütün dövrlərin 10 filmi sırasına düşdü
Baş rolu Xoakin Feniksin ifa etdiyi “Coker” filmi haqda bütün dünya danışır.
Ekran əsərinə kinoteatrlarda böyük maraq var. Təkcə qonşu Rusiyada toplanan kassa məbləği 1 milyard rublu (15 milyon dollar) keçib.
Bizimyol.info xəbər verir ki, “Coker” bütün dövrlərin 10 filmi sırasına düşüb. Todd Fillipsin kino nümunəsi IMDb versiyasına görə, 10-cu pillədə qərarlaşıb.
Ümumilikdə sıralamada 250 filmin adı gözə dəyir. Birinci yerdə “Şouşenkdən qaçış” gedir. Üçlükdə “Xaç atası”nın ilk iki hissəsi də yer alıb. Sonrakı altı yeri “Qara cəngavər”, “12 qəzəbli kişi”, “Şindlerin siyahısı”, “Üzüklərin əfəndisi: Kralın qayıdışı”, “Kriminal qiraət” və “Yaxşı, pis, qəddar” tutur.
“Coker” filmi Venesiya mükafatını almağa da imkan tapıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət