Slimfit
  1. AZƏRBAYCAN

Cocuq Mərcanlı sakinləri necə yaşayır?

Cocuq Mərcanlı sakinləri necə yaşayır?
Sakura

Cocuq Mərcanlı sakinləri necə yaşayır?

Cocuq Mərcanlı kəndi 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 1994-cü ildə həyata keçirilən “Horadiz” əməliyyatı zamanı Füzuli rayonunun 20-dən çox yaşayış məntəqəsi ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilib. Lakin Lələtəpə yüksəkliyi erməni işğalçılarının nəzarətində olması kənd sakinlərinin ora qayıtmasını mümkünsüz edirdi. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyi erməni işğalından azad edilib və kənddə insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş ərazidə əsaslı yenidənqurma işləri aparılıb. 

Cocuq Mərcanlı kəndinə ilkin mərhələdə 50 ailə, ikinci mərhələdə isə 70 ailə köçürülüb. Ümumilikdə, 1428 nəfərin köçürüldüyü kəndə daha 30 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulub. 

Bəs görəsən, bu ailələr yeni salınan Cocuq Mərcanlı kəndində necə yaşayır?

"Report"un Qarabağ bürosunun müxbiri Şamxal Adıgözəlov bununla bağlı videoreportaj hazırlayıb.

Həmin videoreportajı təqdim edirik. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR