Slimfit
  1. CƏMİYYƏT

“Coca-Cola” Azərbaycan şirkətini məhkəməyə verdi - 289 manata görə

“Coca-Cola” Azərbaycan şirkətini məhkəməyə verdi - 289 manata görə
Sakura

“Coca-Cola” Azərbaycan şirkətini məhkəməyə verdi - 289 manata görə

 

“Azərbaycan Coca-Cola Bottlers Limited” MMC “Qida Təchizat SK” MMC-ni məhkəməyə verib.

Oxu.Az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Coca-Cola” 289 manat borcun tutulması barədə tələb irəli sürüb.

İddiа tələbi onunla əsaslandırılıb ki,“Azərbaycan Coca-Cola Bottlers LTD” MMC ilə “Qida Təchizat SK” MMC arasında 28 iyun 2017-ci il tarixdə müqavilə bağlanıb. Həmin müqavilənin şərtlərinə uyğun olaraq “Coca-Cola” istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri “Qida Təchizat SK” MMC-yə satıb. Cavabdeh həmin malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC müəssəsinə ödəməyi öhdəsinə götürüb. 

Daha sonra “Qida Təchizat SK” MMC-nin “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-yə 289 manat məbləğində ödənilməmiş borcu qalıb.

Məhkəmənin qərarına əsasən, iddiа tələbi təmin еdilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR