Slimfit
  1. İQTİSADİYYAT

“Coca-Cola” 275 mln. manat investisiya yatırıb

“Coca-Cola” 275 mln. manat investisiya yatırıb
Sakura

“Coca-Cola” 275 mln. manat investisiya yatırıb

“2017-ci ilin sonunadək şirkət tərəfindən Azərbaycanın milli iqtisadiyyatına 275 mln. manat məbləğində investisiya yatırılıb, dövlət büdcəsinə isə 253 mln. manat məbləğində vergi ödənilib”.

Foodinfo.az xəbər verir ki, bunu “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel jurnalistlərə bildirib.

Onun sözlərinə görə, “Coca-Cola” sistemi öz istehsalatı hesabına həm birbaşa, həm də bütün ölkə üzrə təchizatçı və istehlakçıların geniş şəbəkəsini dəstəkləyərək dolayısı ilə Azərbaycan iqtisadiyyatı üçün əlavə dəyər yaradır.

Qeyd edək ki, “Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend və 3900-dən çox içki növü istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 21 brend daxildir ki, onlardan 19-u az kalorili və kalorisiz seçimlərdə mövcuddur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR