Dərc edildi: Baxış sayı: 554
“CNN Türk”ün xanım əməkdaşı Azərbaycanla bağlı xatirələrini paylaşdı
Vətən müharibəsi zamanı hadisələri isti-isti dünyaya çatdıran jurnalistlərdən biri də “CNN Türk” telekanalının əməkdaşı Fulya Öztürk idi.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Xanım reportyor hər zaman ən qaynar nöqtələrdən çəkilişlər edir, süjetlər hazırlayır, bununla da həm yerli sakinlərin, həm də ərazidə xidmət edən hərbçilərin sevimlisinə çevrilmişdi.
Artıq ölkəsinə dönmüş F.Öztürk Azərbaycan xatirələri ilə bağlı “Instagram” hesabında paylaşım edib.
Bir neçə foto və videonu birlikdə paylaşan Fulya xanım həmyerlilərimizin ona olan sevgisindən məmnunluğunu ifadə edib
Videolardan birində polis və əsgərlərin onunla şəkil çəkdirmək istəməsi isə xüsusi marağa səbəb olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət