Slimfit
  1. İQTİSADİYYAT

CNN: BTQ Bakı ilə Ankaranı birləşdirəcək

CNN: BTQ Bakı ilə Ankaranı birləşdirəcək
Sakura

CNN: BTQ Bakı ilə Ankaranı birləşdirəcək

ABŞ-ın aparıcı xəbər telekanalı olan CNN səyahət haqqında təsəvvürləri dəyişə biləcək yeni dəmiryolu marşrutlarının siyahısına Bakı-Tbilisi-Qars dəmiryolu xəttini daxil edib.

Oxu.Az xəbər verir ki, CNN telekanalının saytında dərc olunan məlumatda deyilir:

“Qatarla səyahət etməyi sevənlər üçün bu il yaxşı il oldu, müxtəlif iri şəhərləri birləşdirən və sərnişinlərə səyahət vaxtını əhəmiyyətli dərəcədə ixtisar edən yeni marşrutlar açılıb. Sərnişinləri təyyarə reyslərinə alternativə üstünlük verib-verməməsindən və ya sadəcə, sürətli səyahətə üstünlük verməsindən asılı olmayaraq, bu marşrutlarda səyahət üçün yeni imkanlar təklif olunur.

“513 mil (826 kilometr) uzanan və Azərbaycan və Gürcüstan paytaxtlarını Türkiyənin qədim şəhəri ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu xətti 2017-ci ildə açılıb. 2019-cu ildə isə BTQ-də yeni marşrut təqdim olunacaq. Sərnişinlər Bakıdan Ankara və İstanbula qatarla səyahət edə biləcək, qatarın hər iki ölkə ilə sərhəddə olan Gürcüstanda dayanmasına lüzum qalmayacaq. Bu Azərbaycan və Türkiyə arasında ilk birbaşa dəmiryolu marşrutu olacaq”, - deyə CNN-in materialında qeyd olunur.

Magistralda istismar olunacaq vaqonları istehsal edən “Ştadler” (Stadler Rail Management) adlı İsveçrə şirkətinin məlumatına əsasən, qatarlar bu marşrutla 160 km/saat-a qədər sürətlə hərəkət edəcək.

Hazırda bu istiqamətdə səyahət edən sərnişinlər iki paytaxt arasındakı yolu qət edənə qədər bir neçə dəfə dayanmaqla qatarda 40 saat vaxt keçirməli olur.

BTQ dəmiryolu xətti ilə yanaşı, telekanalın saytında Quançjou-Şençjen-Honkonq, Təl-Əviv-Qüds, Tanjir-Kasablanka, London-Amsterdam (Avrostar) kimi yeni marşrutlar barədə də məlumat verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR