ÇL-də birinci mərhələyə yekun vurulur
Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Son oyun günündə 10 qarşılaşma keçiriləcək. Qitənin bir nömrəli klub turnirindəki yeganə təmsilçimiz "Qarabağ" "Dalğa Arena"da "Partizani"ni qonaq edəcək. Bu cütün qalibinin 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri - "Riqa" və "Dandolk" isə bu dəfə Latviyada üz-üzə gələcəklər.
"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı "Astana" isə Rumıniyada Kluj ÇFR-inin qonağı olacaq.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
17 iyul
20:30. “Riqa” (Latviya) - “Dandolk” (İrlandiya)
İlk oyun - 0:0
21:00. “Qarabağ” (Azərbaycan) - “Partizani” (Albaniya)
İlk oyun - 0:0
21:00. AİK (İsveç) - “Ararat” (Ermənistan)
İlk oyun - 2:1
21:00. “Rusenborq” (Norveç) - “Linfild” (Şimali İrlandiya)
İlk oyun - 0:2
21:30. “Ludoqorets” (Bolqarıstan) - “Ferensvaroş” (Macarıstan)
İlk oyun - 2:1
22:00. ÇFR (Kluj, Rumıniya) - “Astana” (Qazaxıstan)
İlk oyun - 1:0
22:00. "Pyast" (Polşa) - BATE (Belarus)
İlk oyun - 1:1
22:15. “Maribor” (Sloveniya) - “Valyur” (İslandiya)
İlk oyun - 0:3
22:15. “Sutyeska” (Monteneqro) -Slovan” (Slovakiya)
İlk oyun - 1:1
22:45. “Seltik” (Şotlandiya) - “Sarayevo” (Bosniya və Herseqovina)
İlk oyun - 1:3
16 iyul
19:00. “Şkendiya” (Makedoniya) - “Nomme Kalyu” (Estoniya) - 1:2
İlk oyun – 1:0
21:30. “Saburtalo” (Gürcüstan) - “Şerif” (Moldova) - 1:3
İlk oyun – 3:0
22:00. “HB Torshavn” (Farer adaları) - HİK (Finlandiya) - 2:2
İlk oyun – 0:3
22:00. “Valletta” (Malta) - “Düdelanj” (Lüksemburq) - 1:1
İlk oyun – 2:2
22:45. “Ferronikeli” (Kosovo) - TNS (Uels) 0 :1
İlk oyun – 2:2
22:45. “Srvena Zvezda” (Serbiya) - “Suduva” (Litva) - 2:1
İlk oyun – 0:0.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət