Slimfit
  1. MEDİA

“Cırtdan nağıllar aləmində” meqa-şousu Gəncədə maraqla qarşılanıb

“Cırtdan nağıllar aləmində” meqa-şousu Gəncədə maraqla qarşılanıb
Sakura

“Cırtdan nağıllar aləmində” meqa-şousu Gəncədə maraqla qarşılanıb

Gəncədə ilk dəfə olaraq “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şou nümayiş etdirilib.

Gəncə Dövlət Filarmoniyasında təşkil olunan meqa-şou Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Şouda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və struktur rəhbərləri iştirak ediblər. Meqa-şouya əsasən Gəncə Uşaq Evi və SOS Uşaq Kəndinin sakinləri, UAFA Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzindən bəhrələnən və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, habelə Kəlbəcər rayon məktəbliləri dəvət olunublar.

Meqa-şou balacalar tərəfərindən böyük maraqla qarşılanıb.

Şounun süjet xəttinə əsasən valideynləri Cırtdanı evdə qardaşı ilə birlikdə qoyaraq gedirlər. Bir müddət sonra Cırtdan qardaşını itirir və sonra onu axtarmağa başlayır. Qara qüvvələrə öz xeyirxahlığı ilə qalib gələn Cırtdan tamaşaçılara yaddaqalan və əlvan təəssürat bəxş edir. Göydən düşən ulduzlar, səmaya pərvaz edən əlvan pərilər Cırtdanla birlikdə tamaşaçıları sehrli aləmə aparır. Şounun sonunda Cırtdan qardaşına qovuşur və Məlikməmməd, əjdaha və Tıx-tıx xanımın köməyi ilə qara qüvvələr tərəfindən tilsimlənmiş Yeni ili geri qaytarırlar.

“Cırtdan nağıllar aləmində” adlı meqa-şounun icraçı direktoru Vüqar Əliyev bildirib ki, şouda 300-dək əlvan kostyum, 120-dək müxtəlif oyuncaqdan istifadə edilib. O qeyd edib ki, şou uşaqlarla yanaşı, böyüklər üçün də maraqlı olacaq. “Bir sözlə, bənzərsiz, rəngarəng və yaddaqalan şou hər bir tamaşaçının zövqünü oxşayacaq. Qusardan start götürən ailəvi meqa-şounun Gəncədən sonra növbəti dayanacağı Masallı olacaq”-deyə icraçı direktor əlavə edib.

Tədbirin reallaşmasında “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri yaxından iştirak ediblər.

Bildirək ki, tamaşa Gəncədə hər gün 3 seansla olmaqla, ümumilikdə 4 gün, yəni dekabrın 21-dən 24-dək, ödənişsiz şəkildə nümayiş olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR