Çirkli saçları xilas edən saç düzümləri
Balerina toppuzu, at quyruğu, dağınıq yığım kimi saç stilləri yağlı saçlar üçün ən uyğun seçimlərdir. Əgər işlərinizin çoxluğundan və yorğunluqdan saçlarınızı yumuğa vaxt tapa bilməmisinizsə, onda sadaladığımız fasonlardan biri sizi mütləq xilas edəcək. Hər halda yağlı saçları açıq qoyub öz haqqınızda səliqəsiz imici yaratmaq heç xoş deyil.
Saçlarda toplanan yağları təmizləmək üçün bir qədər quru şampun və kiçik daraq istifadə edin. Dağınıq tərzə üstünlük vermisinizə, saç laklarıyla istədiyiniz həcmi qazandırın.
Sıx toplanmış saç stillərinin daha qalıcı olması üçün gellərlə ideal görüntü əldə edəcəksiniz. Lakin gelin və saç jelelərinin həddəni aşmayın. Az miqdarda vəsaiti darağın dişlərinə çəkib saçlarınızı darayın. Belə sıx yığılmış balerina toppuzu təmiz makiyajı tələb edir.
Daha axşam variantını yaratmaq üçün isə aksesuarlar istifadə edin. Məsələn, broşlar, lentlər, sancaqlar və s. Üstəlik belə saç bəzəkləri qarşıdakı mövsümün əsas tendensiyasıdır.
Beləliklə, yağlı saçları kiçik gözəllik hiylələri ilə gizlədən bir neçə nümunə təqdim edirik.
Mənbə: Gencaile
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət