Slimfit
  1. CƏMİYYƏT

Çinli şagird Bakını necə fəth etdi?

Çinli şagird Bakını necə fəth etdi?
Sakura

Çinli şagird Bakını necə fəth etdi?

Beynəlxalq İnformatika Olimpiadasında çinlilərin nəticələri bizi heyran etdi. Bu cür yüksək nəticəyə səbəb Çin təhsil sistemidir. Çünki Çin məktəbləri savadlı və xoşbəxt insan yetişdirir.

Bu sözləri Axar.az-a təhsil eksperti Etibar Əliyev dünən yekunlaşan Beynəlxalq İnformatika Olimpiadasının nəticələri və onun çinli qalibləri ilə bağlı danışarkən deyib.

Ekspert bildirib ki, Çinin orta təhsil sistemi bütün dünyaya örnək ola biləcək bir sistemdir:

“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının keçirdiyi “Şagird nailiyyətlərinin qiymətləndirilməsi proqramı”nın son nəticələri göstərdi ki, çinli uşaqların oxu, riyaziyyat və təbiət elmlərindən qazandıqları savadın orta göstəricisi dünyada ən yüksəkdir.

Çin Xalq Respublikasının 5 universiteti dünyanın 100 aparıcı ali məktəbinin sırasına daxil olub. Çin hökuməti qarşıya məqsəd qoyub ki, onların sayını 10-a çatdırsın.

Çində məktəblərə kənar şəxslərin daxil olması qadağandır. Valideynlər yalnız yığıncaqlar və “Açıq qapı” günlərində məktəbə gələ bilərlər. Bu günlərdə istənilən şəxs dərslərin necə keçirilməsini müşahidə edə bilər. Yerdə qalan gündəlik suallarla bağlı valideynlər müəllimlərlə telefon, yaxud internetlə əlaqə saxlayırlar”.

E.Əliyev bildirib ki, Çində məktəblilərin dərs yükü yüksəkdir. Bu, Çin məktəblərinin əsas xarakterik xüsusiyyətlərindən biridir:

“Böyük şəhərlərdə ibtidai təhsil də daxil olmaqla həftəlik dərs yükü 42, kənd yerlərində yuxarı siniflərdə 70 saatdır. Bu, müəllimlərin proqramlar üzrə məcburi dərs saatlarıdır. Bununla yanaşı valideynlərin seçdiyi fakültativ dərslər var ki, bunlar ödənişli həyata keçirilir. Bütün ölkə üzrə dərslər 7:30-da başlayır. Dərsə gecikmə yaxşı hal sayılmır və tədris ilində şagirdin ümumi balına təsir edir.

Şagirdlərə bütün tədris materialları çap olunmuş formatda, pulsuz verilir. Məktəblər kompüterlə təchiz olunub, lakin ev tapşırıqlarının yerinə yetirilməsində adi dərsliklər və digər vəsaitlərdən istifadə olunur. 2014-cü ildə ev tapşırıqlarının ləğv olunması haqqında qərar qəbul olunub. Uşaqlar məktəblərdə həddindən artıq çox yazırlar. Xüsusilə kalliqrafiya dərslərində. Proqram üzrə Çin dili gündə 2 saat tədris olunur”.

Çin məktəblilərinin tətil günlərindən danışan ekspert bildirib ki, onlar ildə 2 dəfə dincəlirlər:

“Məktəblilər Çin yeni ilində və yayda dincəlirlər. 15 iyuldan 1 sentyabra qədər. Bu müddət ərzində orta və tam orta məktəb sinif şagirdləri əlavə dərslərdə iştirak edir, yaxud müxtəlif fənlərdən böyük həcmli ev tapşırıqlarını yerinə yetirirlər. Burdan belə nəticə çıxarmaq olar ki, Çin məktəbliləri digər ölkələrdəki həmkarlarından 2-3 dəfə çox öyrənir və çalışırlar.

Burada mühüm bir paradoksa diqqət yetirək: belə yüksək yüklənmə şagirdlərin səhhətinə mənfi təsir göstərmir, əksinə onlar daha az xəstələnirlər.

Çin məktəbləri özünün əsas vəzifəsini uşaqların tərbiyəsində və xoşbəxtliyin başa düşülməsində görür. Bunun üçün müxtəlif pedaqoji strategiyalar hazırlanıb. Siz istənilən Çin məktəbinə daxil olsanız, görərsiniz ki, divarlarda bir qarış boş yer yoxdur. Hər yerdə uşaqların şəkilləri və onların uğurları haqqında informasiyalar verilir. Hər məktəbin yaxınlığındakı lövhədə lider uşaqlar barədə məlumatlara rast gəlmək olur və bunlar daimi olaraq yenilənirlər. Hər tədris günü yarışa bənzəyir və günün qalibləri müəyyənləşir. Əsl xoşbəxtlik çətinlikləri dəf etməkdir. Bütün müəllimlər bir məsələni önə çəkir: hər bir uşaq unikal və istedadlıdır”.

E.Əliyev bildirib ki, Çində məktəbli işi səhvsiz yerinə yetirərsə, müəllim ona fərqləndirici işarəli möhür vurur:

“Çində uşaqlar birinci sinifdən başlayaraq 2 dəfə imtahandan keçirlər. Onların bilikləri 3 fəndən yoxlanılır: çin dili, ingilis dili, riyaziyyat. Başqa sözlə, uşaqlar 1-ci sinifdən etibarən imtahanlara, testlərə adaptasiya olunurlar”.

Ekspert deyib ki, Çində müəllimlər arasında da rəqabət güclüdür, ancaq məktəbdə işləmək bir o qədər də asan deyil:

“Həftədə 28 saat icbari fənləri tədris edən çinli müəllimin orta əmək haqqı kənd yerlərində ayda 800 dollardan, şəhərdə isə 900 dollardan yuxarıdır”.

Xatırladaq ki, Bakıda keçirilən Beynəlxalq İnformatika Olimpiadasının birinci turunda 300 mümkün balı toplayan şagirdlərin adları məlum olub. Birinci yeri ABŞ-ı təmsil edən çinli Benjamin Gi, ikinci yeri vyetnamlı Trinh Huu-Gia, üçüncü yeri rusiyalı Eldar Qaimullin, dördüncü yeri çinli Ziqan Zhonq, beşinci yeri litvalı Gediminas Lelesius, 6-cı yeri isə gürcüstanlı Nikoloz Birkadze tutub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR