Slimfit
  1. ELM

Çinli alimlər köçürmə üçün "universal" qan yaratdılar

Çinli alimlər köçürmə üçün "universal" qan yaratdılar
Sakura

Çinli alimlər köçürmə üçün "universal" qan yaratdılar

Çinin Çjetszyanq Universitetinin molekulyar bioloqları və kimyaçıları qan hüceyrələri üçün xüsusi bir hidroqel hazırlamışlar ki, orqanizmə uyğun olmayan rezus faktoruna məhəl qoymamağa kömək edir. "Science Advances" portalının verdiyi məlumata görə, bu, insanlara orqan transplantasiyasını daha yaxşı qəbul etməyə kömək edəcəkdir.

İnnovativ örtük eritrositlərə (qırmızı qan hüceyrələri) oksigeni daşımağa mane olmur, bu halda immunitet "yabançı" başqa rezus faktorunun zülallarını müəyyən edə bilməyəcək. Bu material yaradanlar qeyd edirlər ki, onların işi qan köçürülməsinin bütün formalarına uyğun gələn və transplantasiyada tətbiq olinmağa yardımçı olan "universal" qanın yaradılmasına kömək edəcək

Hər kəsə uyğun olacaq yeni bir qan növünün istifadəsi tibb müəssisələrini qan qrupunu və rezus faktorunu təyin etməyə vaxt itirməkdən xilas edə bilər. Bəzi hallarda, analizə gedən bu yarım saat xəstənin həyatı hesabına başa gələ bilər.

Ens.az saytı bildirir ki, alimlər artıq öz yeniliklərini müsbət rezus-faktorlu insan eritrositlərində və təcrübi heyvanların mənfi rezuslu qan nümunələri və damarları üzərində sınaqdan keçiriblər. Xüsusi qabıq qatı olmadan qırmızı qan hüceyrələri güclü bir reaksiya yaratdı və maddə ilə qorunan eritrositlər oksigeni yaxşı mənimsədi, dəyişdi və uyğunlaşdı.

Elm adamlarının polimer membranla qorunan qan hüceyrələri adlandırdıqları və gizli eritrositlərin ölümü və örtüklərinin parçalanması təcrübi orqanizmdə iltihaba və ya digər nasazlıqlara səbəb olmayıb.

Tərtibatçıların fikrincə, bu membran transplantasiya zamanı digər hüceyrələr və orqanlarla birlikdə istifadə edilə bilər. Bunun sayəsində immunitet implantasiya edilmiş materialı yabançı kimi tanımayacaq və bədən yeni orqanı rədd etməyəcək. Və sonra xəstələr immunitet sistemini dərmanlarla bərpa etmək məcburiyyətində qalmayacaqlar ki, sağalma prosesi düz keçsin.

Qeyd edək ki, daha əvvəl Çindən olan alimlər hansı qan qrupunun koronavirusa daha çox həssas olduqlarını aşkar etmişdilər. Risk qrupunda II qan qrupunun sahibləri olduğu ortaya çıxmışdı.

Mənbə: news.rambler.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR