Slimfit
  1. CƏMİYYƏT

Çinin tibbi ekspert qrupu sabah Bakıya gələcək

Çinin tibbi ekspert qrupu sabah Bakıya gələcək
Sakura

Çinin tibbi ekspert qrupu sabah Bakıya gələcək

Çin hökuməti tərəfindən Azərbaycana göndərilən tibbi ekspert qrupu avqustun 4-də Bakıya çarter reysi ilə gələcək.

Ens.az xəbər verir ki, bu barədə Oxu.Az-a Çinin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər iki ölkə arasında COVID-19 pandemiyasının qarşısının alınması və nəzarətində mübadilə, əməkdaşlığı gücləndirmək məqsədi ilə həyata keçirilir.

Səfirlik bəyan edib ki, ekspert qrupu Azərbaycan Respublikası hökumətinin dəvəti ilə gəlir.

Ekspert qrupu şəraitə uyğun olaraq, Çin hökumətinin adından Azərbaycan tərəfinə bağışlanmış tibbi qoruyucu materiallarının son dəstəsini gətirəcəklər.

10 nəfərdən ibarət Çin ekspert qrupuna, Siçuan əyalətinin Qərbi Çin Xəstəxanasının Epidemiologiya sahəsi, Tənəffüs və Kritik Baxım Tibb şöbəsi, Kritik Baxım Təbabəti sahəsi, Yoluxucu xəstəliklər, Laboratoriya tibbi, İnteqrasiya edilmiş ənənəvi Çin və Qərb təbabəti kimi sahələr üzrə mütəxəssislər aiddir. Ekspert qrupunun 15 gün Azərbaycanda işləməsi gözlənilir. Ekspert qrupu Azərbaycanın epidemiyanın qarşısının alınması orqanları və yerli tibb mütəxəssisləri ilə əlaqə yaradacaq, Azərbaycanda epidemiyanın qarşısının alınması və nəzarət vəziyyətini, bununla bağlı epidemiyanın qarşısının alınması tədbirlərini, diaqnoz və müalicə prosedurlarını ətraflı müzakirə edəcəklər. Azərbaycan tərəfinin ehtiyaclarına uyğun olaraq bu istitaqətlərdə rəy və təkliflər irəli sürülüb: modul tipli xəstəxanaların tikintisi və idarə edilməsi, Kritik baxım üçün əsas texnologiyalar, Plazma terapiyası, Çin təbabəti ilə diaqnoz və müalicə planı, Normallaşdırılmış profilaktika və nəzarət mexanizmləri kimi mövzularda təcrübə mübadiləsi aparılacaq. Eyni zamanda, Azərbaycan tibb işçiləri və ictimai qarşısının alınması və nəzarət personalları üçün təlim və istiqamət təmin ediləcək.

Qərbi Çin Xəstəxanası, tibbi müalicə, tədris və elmi araşdırmalara inteqrasiya edən Çinin ən yaxşı əhatəli bir xəstəxanasıdır, eyni zamanda Çinin qərbindəki çətin, kritik və ağır hallar üçün milli səviyyəli bir diaqnoz və müalicə mərkəzidir. Eləcə də, tibbi elmi-tədqiqat və texnoloji yenilik üçün dövlət səviyyəsində olan bir xəstəxanadır.

Xəstəxana, Uhandakı COVID-19 epidemiyasının müalicəsində kömək üçün bir çox tibbi qrup göndərib, eyni zamanda epidemiyanın qarşısının alınması və nəzarət işlərinə kömək etmək üçün İtaliya, Efiopiya, Cibuti və digər ölkələrə səfərlər edib, hökumətlər və müxtəlif ölkələrin insanları tərəfindən yüksək rəğbət qazanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR