Çinin karantin edilən şəhərində azərbaycanlı tələbələr də var
Dünyanı təhdid edən koronovirus təhlükəsi Çində o həddə çatdı ki, bu ölkənin Hubey vilayətinin on üç şəhərində karantin elan edilib.
Karantin elan edilən ərazilərdə azərbaycanlı tələbələr də var və onlar ölkəyə qayıda bilmir.
Modern.az-ın əməkdaşı Çində təhsil alan azərbaycanlı tələbə Səməd Azadlı ilə əlaqə saxlayıb.
O karantin elan olunan Vohan şəhərində təxminən 10 azərbaycanlının olduğunu bildirib:
“Hazırda karantin elan olunan Vohan şəhərində 10 azərbaycanlı var.
Şəhərdəki 3 azərbaycanlı tələbə universitet daxilində yerləşən yataqxanadadır. Həmin universitet də karantin altına alınıb.
Universitetə səbəb göstəriləcəyi təqdirdə müəyyən saatlartda giriş-çıxış mümkündür. Lakin azərbaycanlı tələbələr şəhəri tərk edə bilmir Mən Vohan şəhərindin 600 km uzaqda yaşayıram.
Buradan çıxa bilməməyimizə səbəb sürət qatarlarına biletin tükənməsidir. Düşünmürəm ki, Təhsil Nazirliyi, ya da ki, Xarici İşlər Nazirliyi bu problemi həll edə bilsin”.
Müsahibiz bildirib ki, artıq Azərbaycanın Çindəki səfirliyi karantin edilən bölgələrdəki azərbaycanlılara əlaqə sdaxlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət