Slimfit
  1. TEXNOLOGİYA

Çinin işçi qüvvəsinin 5 faizi robotlar olacaq

Çinin işçi qüvvəsinin 5 faizi robotlar olacaq
Sakura

Çinin işçi qüvvəsinin 5 faizi robotlar olacaq

Vuhan Universiteti Keyfiyyət İnkişaf Strategiyası İnstitutu tərəfindən edilən yeni bir araşdırmaya görə növbəti beş ildə maşın və robot texnologiyası Çin işçilərinin təxminən 5 faizini təmsil edəcək.

TED.az xəbər verir ki, 2 min Çin şirkətini araşdıran institutun nəticələrinə görə 2008-ci ildə 12 faiz təşkil edən robotların istifadəsi, 2018-ci ildə 38 faizə yüksəlib. Belə olduğu təqdirdə 2025-ci ildə Çinin işçi qüvvəsinin 5 faizi tamamilə robotlardan ibarət olacaq. 2015-2017 illər arasındakı məlumata görə, yalnız ibtidai və orta məktəb təhsili olan işçilərin 9,4 faizi işdən çıxarılaraq robotlarla əvəz edilib. Elə həmin illərdə universitet məzunlarına tələbat 3,6 faiz artıb.

Beynəlxalq Robototexnika Federasiyası Çinin avtomatlaşdırma sahəsində qlobal liderə çevrildiyini qeyd edib.

Federasiya prezidenti Joe Gemma '' Çinin illik satış və əməliyyat ehtiyatlarına söykənərək, dünyanın ən böyük robot bazarına sahib olduğu görünür. Eyni zamanda bura dünyanın ən sürətli böyüyən bazarıdır" deyə bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR