Slimfit
  1. DÜNYA

Çinin "casus şarının" ABŞ internetdən istifadə edib

Çinin "casus şarının" ABŞ internetdən istifadə edib
Sakura

Çinin "casus şarının" ABŞ internetdən istifadə edib

ABŞ iddia edib ki, Çin yüksək hündürlükdəki hava şarına internet bağlantısı Birləşmiş Ştatların şirkəti tərəfindən edilib.
Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki,"NBC News"un məlumatına görə, ABŞ kəşfiyyatının adı açıqlanmayan rəsmiləri, araşdırmalar nəticəsində ölkə üzərində uşan Çin şarının rabitə şəbəkəsini təmin etmək üçün ABŞ internet şirkətindən xidmət aldığını iddia edib.

Səlahiyyətlilər, şarın həm məlumat göndərmək, həm də Çindən məlumat almaq üçün ABŞ mərkəzli şirkətin internetindən istifadə etdiyini bildirib. Təhlükəsizlik səbəbiylə adı açıqlanmayan şirkət, araşdırmalarında iddianı dəstəkləyən heç bir göstəricinin olmadığını bildirib.

Bu barədə Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Penqyu bildirib: “Əvvəlcə də izah edildiyi kimi, sözügedən şar meteoroloji araşdırma balonu olub və külək və məhdud sükan xüsusiyyətlərinə görə təsadüfən ABŞ sərhədlərinə daxil olub”, - deyə bəyanat verib.

ABŞ Müdafiə Nazirliyi bildirib ki, fevralın 3-də Çin yüksək hündürlükdə kəşfiyyat şarının ABŞ materikinin üzərində uçduğu və bəzi həssas hərbi obyektlərin, o cümlədən Montana Ştatında nüvə başlıqları və uzaq mənzilli raket anbarlarının üzərindən keçdiyi aşkarlanıb.

Çin hava şarının ölkəyə aid mülki təyyarə olduğunu, meteoroloji araşdırmalar üçün istifadə edildiyini və idarəetmə imkanlarının məhdud olduğu üçün küləklə sürüklənərək səhvən ABŞ hava sahəsinə girdiyini iddia edib.

Çinin bəyanatı Vaşinqtonu qane etməyib və hava şarı fevralın 4-də prezident Co Baydenin göstərişi ilə Atlantik okeanı üzərindən çıxanda ABŞ-ın ərazi sularında Amerika ordusuna məxsus döyüş təyyarəsi tərəfindən vurulub.

Pekin rəhbərliyi ABŞ-a "mülki insansız hava vasitəsinə güclə müdaxilə etdiyi" səbəbi ilə etiraz edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR