Slimfit
  1. CƏMİYYƏT

Çingiz Qənizadədən soydaşlarımıza müraciət: “Erməni təxribatına getməyin!”

Çingiz Qənizadədən soydaşlarımıza müraciət: “Erməni təxribatına getməyin!”
Sakura

Çingiz Qənizadədən soydaşlarımıza müraciət: “Erməni təxribatına getməyin!”

Sabiq deputat, Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə dünya azərbaycanlılarına baş verənlərlə bağlı müraciət edib.

Ens.az Modern.az-a istinadən həmin müraciəti təqdim edir:

İyulun 12-də Azərbaycanın Tovuz rayonu ərazisində dövlət sərhədində təxribat törətməklə bir çox dövlətləri, o cümlədən Rusiyanı Azərbaycana qarşı qoymaq planını həyata keçirə bilməyən Ermənistan bu dəfə başqa təxribata əl atıb. Azərbaycanın haqq səsinə dəstək nümayiş etdirən, “Xocalıya ədalət”, Dağlıq Qarabağın işğaldan azad olunması tələbi və Ermənistanın bu təxribatına beynəlxalq hüquqi qiymət verilməsi ilə bağlı dünyanın bir çox iri şəhərlərində azərbaycanlılar tərəfindən keçirilən dinc nümayişlərə ermənilər fiziki və zorakılıqla müdaxilə edərək bir çox şəhərlərdə iğtişaşlar törətmişlər.

Heç şübhəsiz ki, bunun da ssenarisi Paşinyan hakimiyyəti tərəfindən Yerevanda hazırlanmış və dünyada olan ermənilərə azərbaycanlıların bu cür dinc nümayişini dağıtmaq, onlara zor tətbiq etmək və digər qanunazidd hərəkətlər etməklə belə aksiyaların qarşısının alınması göstərişi verilib. Eyni zamanda bundan hiddətlənən azərbaycanlılar ermənilərin zor tətbiq etmə əməllərinə cavab vermək məcburiyyətində qalıblar. Əziz soydaşlarımız! Hər birimizin qanunazidd atacağımız addım məhz Ermənistanın arzu və mənfur niyyətlərinə xidmət edə bilər. Belə ki ermənilər bizi təxribata çəkməklə Avropada, Amerikada və digər qitələrdə azərbaycanlıları gözdən salmaq, azərbaycanlılar haqqında mənfi imic formalaşdırmaq və Azərbaycana qarşı nifrət və kin formalaşdırmaq niyyətindədirlər. Qətiyyətlə xahiş edirım ki, bu cür qanunazidd hərəkətlərdən çəkinmək lazımdır. Aytı-ayrı fərdlərə qarşı hansısa şəhərdə zor tətbiq etmək, yaxud da onların çirkin niyyətlərini adekvat cavab vermək və qeyri-hüquqi proseslərə cəlb edilmək gələcəkdə böyük problemlərin yaşanmasına gətirib çıxara bilər.

Sizin hər birinizin Dağlıq Qarabağın işğal faktı ilə barışmadığınızı, iyulun 12-də Ermənistan tərəfindən Dağlıq Qarabağdan xeyli uzaqda yerləşən Azərbaycanın dövlət sərhədinə edilən təxribat və hücumuna olan nifrətinizi və kininizi başa düşürük. Eyni zamanda vətənpərvərliyinizi qeyrətinizi gücünüzü başa düşərək bildirmək istəyirəm ki, əziz qardaşlar, müharibə Qarabağda gedəcək. Müharibə sərhədlərimizin pozulduğu hər bir bölgədə gedəcək. Odur ki, müxtəlif şəhərlər və ölkələrdəki bu cür provakasion, etmənilərin təxribatlarına uymamağı, hüquqdankənar heç bir hərəkət etməməyi arzu edirəm və bundan çəkinməyi xahiş edirəm. Sizin bu gün hər birinizin yaşadığınız ölkədə işiniz oxuduğunuz məktəblərdə, işlədiyiniz kollektivlərdə, yaşadığınız ünvanlarda qonşularınıza, tanışlarınıza, dostlarınıza, Azərbaycan həqiqətlərini çatdırmaq, Azərbaycanı sevənlərin sayını daha çox artırmaq və Ermənistanın hazırki və keçmiş hakimiyyətinin iç üzünü açaraq onların işğalçı olduğunu göstərməkdir. Bu gün ölkədən kənarda olan soydaşlarımızın ən vacib və görməli işlərindən birincisi bu olmalıdır.

Əziz qardaşlar, bacılar, dostlar! Unutmayaq ki, müharibə işğal olunmuş Dağlıq Qarabağımızda və Azərbaycanın digər sərhəd bölgələrində, nöqtələrində gedəcək!

Hamınıza sevgi, məhəbbət və hörmətlə!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR