Slimfit
  1. AZƏRBAYCAN

Çingiz Mustafayev adına radio satışa çıxarılmayacaq, amma...

Çingiz Mustafayev adına radio satışa çıxarılmayacaq, amma...
Sakura

Çingiz Mustafayev adına radio satışa çıxarılmayacaq, amma...

Hazırda Bakı şəhəri və Abşeron yarımadası ərazisində müsabiqəyə çıxarılan 102,0 MHs işçi tezliyi 102,1 MHs-ə dəyişdirilə bilər.
Modern.az bunu jurnalistlərə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov deyib.

Onun sözlərinə görə, rəqəmli radio yayımı tətbiq olunduqda bir işçi tezlikdə 10...12 radio proqramı yayımlanır: “Bu halda yayımçılardan hansı həmin tezliyin sahibi sayılmalıdır? Yayımçı öz radio və ya televiziya şirkətinin sahibidir”.

 


Lakin texniki mütəxəssislərin fikrincə, qonşu işçi tezliklərdəki iki radiostansiyanın fəaliyyəti mümkün deyil. Bir radio digərini zəiflədəcək.

Yaranmış vəziyyəti haqqın.az-a Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın təsisçilərindən biri, Milli Qəhrəmanın qardaşı, tanınmış jurnalist Seyfulla Mustafayev şərh edib. Xatırladaq ki, o, 102 FM dalğası üçün keçirilən tenderdə iştirak edənlərdən biridir. 

Onun sözlərinə görə, artıq elan edilən tenderin şərtləri kiminsə qərarı ilə gedişatdan asılı olaraq dəyişdirilə bilməz.  

"MTRŞ 102 tezliyi üçün tenderi ləğv etməli və sonra mövcud qanunvericiliyə uyğun olaraq mövcud prosedur və təşkilati məsələləri nəzərə almaqla yeni bir tezlik üçün yeni bir tender elan etməli idi.

İkincisi, texniki mütəxəssislərin də bildirdiyi kimi, 102.1 tezliyi faktiki olaraq 102.0 tezliyini təcrid edir və gələcəkdə Çingiz Mustafayein adını daşıyan radionun bərpasını qeyri-mümkün edir. 

Mənə elə gəlir ki, MTRŞ-nin qərarı məhz bu məqsədi güdür. Bu qəribədir. Onların Milli Qəhrəmanın adını daşıyan radiostansiyanın fəaliyyətini bərpa etməyə mane olmaqdan başqa işi yoxdur? Axı bəllidir ki, Azərbaycanda çox sayda boş tezlik var. Əgər MTRŞ yeni radiostansiyanın açılmasına imkan yaratmaq istəyirsə onda buyursunlar,  boş radiotezlik kifayət qədərdir, hamıya yer çatar. 102 FM dalğası ətrafında bu qədər vurnuxma yaratmaq nəyə lazımdır?". 

MTRŞ ötən ay 102.0 tezliyinin satılması üçün tender elan etmək barədə qərar qəbul edib.

FM-102 ÇM bir vaxtlar ölkədə ən populyar radio stansiya idi.  MTR,-nin müsabiqəsinə 5 şirkət - “Real Təhlil və İnformasiya Mərkəzi” MMC, “TV Media Azerbaijan” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC və “OMD Azerbaijan” MMC qatılıb. 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR