Slimfit
  1. BİOQRAFİYA

Çingiz Aytmatov

Çingiz Aytmatov
Sakura

Çingiz Aytmatov - qırğız və rus dillərində yazmış böyük qırğız yazıçısı

Çingiz Torekuloviç Aytmatov ; 12 dekabr 1928, Şəkər kəndi, Qırğızıstan SSR — 10 iyun 2008, Nürnberq, Almaniya) — qırğız və rusdillərində yazmış böyük qırğız yazıçısıdır.

 

Ailəsi

Çingiz Aytmatovun atası Torekul Aytmatov görkəmli dövlət xadimi idi, lakin 1937-ci ildə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir. Milliyyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi.

 

Ömrü və sənəti

8-ci sinfi bitirdikdən sonra Çingiz Aytmatov Cambul zootexnikumuna daxil olmuş, həmin təhsil ocağını əla qiymətlərlə bitirmişdi. 1948—1953-cü illərdə Aytmatov Bişkekdəki Kənd Təsərrüfatı Universitetində təhsil alıb. 1952-ci ildə dövri mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunmağa başladı. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün oldu. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya söhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb.

1990—1994-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub.

2006-cı ildə "İlin avtoqrafı" kitabının buraxılışında iştirak edib.

Çingiz Aytmatov SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin rəhbərlərindən biri, "Xarici ədəbiyyat" jurnalının baş redaktoru, "İssıkkul forumu" adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı idi.

10 iyun 2008-ci il tarixində pnevmoniya xəstəliyi ucbatından müalicə keçdiyi Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib.

 

Mükafatları

  • Sosialist Əməyi Qəhrəmanı (1978)
  • Lenin mükafatı (1963)
  • SSRİ dövlət mükafatı (1968, 1977, 1983)
  • Qırğızıstan xalq yazıçısı
  • Dostluq ordeni (2008)

 

Əsərləri

  • Dağlar düşəndə (son romanı – 2007)
  • Əsrə bərabər gün (qırğız türkcəsi: "Кылым карытар бир күн", rusca: "И дольше века длится день", 1980 Ziya Abbasov 7d (Восхождение на Фудзияму, Fuji dağının təpəsi 1973)
  • Ağ gəmi (qırğız türkcəsi: "Ак кеме", rusca: "Белый пароход", 1970)
  • Əlvida, Gülsarı! (Прощай, Гульсары, 1966)
  • Dağlar və steplərdən nağıllar ("Повести гор и степей", 1963)
  • İlk müəllimim ("Первый учитель", 1962)
  • Cəmilə (qırğız türkcəsi: "Жамийла", rusca: "Джамиля", 1958)
  • Üz-üzə ("Лицом к лицу", 1957)
  • Çətinlikli keçid (1956)
  • Torpaq ana
  • Çingiz xana küsən bulud
  • Uşaqlığım
  • Qırmızı alma
  • Dəniz kənarıyla qaçan Alabaş
  • Qırğız çobanı
  • Edam kötüyü
  • Əsrdən uzun gün
  • Köşək gözü
  • Ana tarla
  • İlk durnalar
  • Qırmızı şal
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR