Slimfit
  1. DÜNYA

Çinə səfər edən ermənilərin bu ölkəyə girişinə qadağa qoyuldu

Çinə səfər edən ermənilərin bu ölkəyə girişinə qadağa qoyuldu
Sakura

Çinə səfər edən ermənilərin bu ölkəyə girişinə qadağa qoyuldu

Bali hakimiyyəti daha əvvəl Çin Xalq Respublikasına səfər etmiş ermənilərə öz ərazisinə girişə qadağa qoyub.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, yerli mühacirət xidmətinin nümayəndələri koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə son 14 gün ərzində Ermənistanın Çinə səfər etmiş üç vətəndaşının Baliyə gəlişini qadağan edib.

İdarədə bildiriblər ki, qadağa hökumətin çərşənbə günü qəbul etdiyi siyasətinə əsaslanır. Eyni zamanda Nqurax-Ray Beynəlxalq aeroportunda pasport nəzarətinin gedişatında sərnişinlərin səfərləri haqqında informasiya araşdırılır.

Qeyd edilir ki, bütovlükdə ölkəyə 17 əcnəbinini girişi qadağan olunub. Onlar arasına 4 braziliyalı, 3 erməni, 2 mərakeşli, 2 çinli və bir britaniyalı, rus, qanalı, ukraynalı, rumın və Yeni Zelandiya vətəndaşı da var.

Bali hakimiyyətinin qadağası nəticəsində təxminən 5000 çinli turist ölkədə “ilişib” qalacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR