Dərc edildi: Baxış sayı: 599
Çindən gələn ukraynalılar ölkəyə buraxılmadı
Çinin Uhan şəhərindən koronavirus səbəbindən təxliyyə olunan ukraynalıları daşıyan təyyarə yerli sakinlərin etirazı səbəbindən ölkənin üç aeroportuna enə bilməyib.
Modern.az xəbər verir ki, təyyarə Xarkov əyaləti üzərində 35 dövrə vursa da eniş edə bilməyib. Hava gəmisi sonradan “Borispol” aeroportuna yollanıb.
Qeyd edək ki, göyərtəsində 48 ukraynalı və 27 əcnəbi vətəndaşın olduğu təyyarə dünən axşam Uhandan çıxıb.
İnsanların təlaşı ilə əlaqədar Ukrayna Səhiyyə Nazirliyi onların aparıldığı şəhərin adını gizli saxlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət