Slimfit
  1. DÜNYA

Çindən ABŞ-a Tiktokla bağlı çağırış

Çindən ABŞ-a Tiktokla bağlı çağırış
Sakura

Çindən ABŞ-a Tiktokla bağlı çağırış

Pekin ABŞ-ın Tiktokla bağlı qadağa planlarına lazımi cavab tədbirləri görəcək.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,bunu Çin Ticarət Nazirliyinin nümayəndəsi He Yadun deyib.

“ABŞ Konqresində baş verənləri diqqətlə izləyirik. Çin qanuni haqlarını və maraqlarını etibarlı şəkildə qorumaq üçün bütün lazımi tədbirləri görəcək. Vaşinqton xarici kompaniyalara əsassız təzyiqləri dayandırmalı və ABŞ-a sərmayə yatıran bütün ölkələrin şirkətləri üçün açıq, eləcə də ədalətli mühit təmin etməlidir”, - o bildirib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Tiktok sosial şəbəkəsinin qadağan edilməsi fikrini dəstəkləyib. Prezident Bayden də bundan əvvəl müvafiq qanun layihəsini imzalamağa hazır olduğunu açıqlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR