Dərc edildi: Baxış sayı: 490
Çində yeni koronavirusa qarşı 8 dərman vasitəsi hazırlanıb
Çində indiyədək COVID-19 virusunun müalicəsi üçün 8 peyvənd dərmanı hazırlanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Tibbi Elmlər Akademiyası Laboratoriya Heyvanları İnstitutunun əməkdaşı brifinqdə bildirib.
Geni dəyişdirilmiş siçan və makaklar üzərində aparılan sınaqlar nəticəsində həmin dərmanlardan bəzilərinin səmərəli olduğunun artıq sübuta yetirildiyi qeyd olunub.
Brifinq zamanı ölkənin Təhsil Nazirliyinin Elm və texnologiya departamentinin direktoru Lei Çaoci ali məktəblərdə hazırlanan dərmanların tezliklə klinik sınaqlarına başlayacağının gözlənildiyini diqqətə çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət