Slimfit
  1. GÜNDƏM

Çində yayılan virus səbəbindən İphone və İpad istehsalı dayandırıla bilər

Çində yayılan virus səbəbindən İphone və İpad istehsalı dayandırıla bilər
Sakura

Çində yayılan virus səbəbindən İphone və İpad istehsalı dayandırıla bilər

Ens.az xəbər verir ki, Çinin Uhan şəhərində koronavirusun yayılması Apple üçün də problem yarada bilər. Bloomberg-in xəbərin görə, Apple cihazlarının yığıldığı Foxconn və Pegatron fabrikləri əməliyyatları dayandıra bilər. Həmin fabriklər Uhan şəhərindən 500 km məsafədə yerləşir.

Məlum olduğu kimi, bu şəhərdə vəhşi heyvanlardan insanlara ötürülən virusdan ağciyər sətəlcəmi xəstəliyi qeydə alınıb və ölümcül virus sürətlə yayılmaqda davam edir.

Apple-ın istehsal müəssisələrində təxminən 10 min insan çalışır və onların bir çoxu Yeni il bayramı günlərində Uhan da daxil olmaqla digər şəhərlərə- ailələrinə baş çəkməyə gediblər. Bu şəhərin yerləşdiyi Hubei əyaləti indi virusa görə təcrid olunub və orada olan insanlar qaldıqları yeri tərk edə bilmir. Buna görə Foxconn və Pegatron işçilərinin çoxu işə qayıda bilməyiblər.

Mümkündür ki, Foxconn və Pegatron Apple cihazları üçün istehsal cədvəlinə yenidən baxsınlar. Məsələ burasındadır ki fevral ayında yeni bir ucuz iPhone modelinin montajına başlamaq nəzərdə tutulmuşdu və ehtimal ki, bu smartfonun buraxılışı bir neçə həftə və ya aylarla təxirə salınacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR