Çində virusa görə pulları məhv edəcəklər
Çin hakimiyyəti koronavirusun ən çox təsir etdiyi bölgələrdə yığılan pulun bir hissəsini məhv etmək qərarına gəlib. Bu barədə "Business Insider" məlumat verir. Nə qədər pulun məhv edilmə üçün cəlb olunduğu bildirilmir.
Bu, xəstəxanalarda, bazarlarda, avtobuslarda və infeksiyanın yayıldığı digər yerlərdə toplanan əskinaslara təsir göstərəcək. Pullar Quançjou şəhərində məhv ediləcək.
Bundan başqa, Çin Mərkəzi Bankı kommersiya kredit təşkilatlarına infeksiyanın geniş yayıldığı bölgələrdən gələn pulları ayrı saxlamağa dair göstəriş verib. Məhv edilməsi nəzərdə tutulmayan əskinaslar isə dezinfeksiya olunacaq. Bu pulların ultrabənövşəyi işıqla işarələnməsi və təkrar dövriyyəyə buraxılmadan öncə iki həftə ərzində karantində olacağı planlaşdırılır.
Ölümcül koronavirus ilk dəfə 2019-cu ilin dekabr ayının sonunda Çinin Hubei əyalətinin Uhan şəhərində qeydə alınıb. Yoluxanların əksəriyyəti Çinin mərkəzi hissəsində yaşayırlar. Ens.az -ın məlumatına görə, fevralın 18-nə virusa yoluxmuşların sayı 58,1 min nəfəri ötmüş, 1775 nəfər ölmüş, 6639 nəfər sağalmışdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət