Slimfit
  1. SİYASƏT

Çində səfərdə olan Fərid Şəfiyev bir sıra görüşlər keçirib

Çində səfərdə olan Fərid Şəfiyev bir sıra görüşlər keçirib
Sakura

Çində səfərdə olan Fərid Şəfiyev bir sıra görüşlər keçirib

Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev bir sıra görüşlər keçirib.

Bu barədə "Report"a Mərkəzdən məlumat verilib.

Bildirilib ki, F.Şəfiyev və Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Çin Xalq Diplomatiyası Assosiasiyasının prezidenti U Haylon (Wu Hailong), Xarici Məsələlər üzrə Çin Xalq İnstitutunun Prezidenti Van Çao (Wang Chao), Çin Xalq Respublikasının Dövlət Şurasının İnkişaf və Tədqiqat Mərkəzi nəzdində Avropa və Asiya ölkələrinin Sosial İnkişafı İnstitutunun direktoru Li Fenlinlə görüşüblər. 

Görüşlərdə regionumuzda və Orta Şərqdə gedən proseslər, Çinin Cənubi Qafqaz ölkələri ilə münasibətləri, “Kəmər və Yol” təşəbbüsü çərçivəsində həyata keçirilən layihələr, Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanda həyata keçirilən islahatlar haqqında fikir mübadiləsi aparılıb.

Eyni zamanda səfir Əkrəm Zeynallı Çin-Azərbaycan münasibətlərinin gələcək perspektivi və qeyd edilən təşkilatlar ilə səfirliyin əməkdaşlıq imkanları barədə məlumat verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR