Dərc edildi: Baxış sayı: 519
Çində “Putinin termos-fincanı” üstündə “qırğındır”
Rusiya Prezidenti Vladimir Putinin iyunun 28-də Yaponiyanın Osaka şəhərində “G20” sammiti çərçivəsində rəsmi naharda, digər həmkarlarından fərqli olaraq, ağ rəngli termos-fincanda çay içməsindən sonra Çin bazarlarında həmin qaba tələbat artıb.
RİA Novosti xəbər verir ki, artıq internet-mağazalar sağlamlıq üçün faydalı olan həmin termos-fincanların kütləvi satışına başlayıblar.
eyd edilir ki, termos-fincanlarda Rusiyanın gerbi təsvir olunub və o, ideal hədiyyə ola bilər.
Xatırladaq ki, Putinin mətbuat katibi Dmitri Peskov dünya KİV-ində bununla bağlı yayılmış görüntüləri şərh edərkən bildirmişdi ki, burada qeyri-adi heç nə yoxdur: “Vladimir Putin həmişə çayı bu fincanda içir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət