Çində panqolinlərin farmokologiyada istifadəsinə qadağa qoyuldu
Çində koronavirusun yaranmasına səbəb olduğu iddia edilən panqolinlərin (vəhşi, məməlilər sinfinə aid heyvan) farmokologiyada istifadəsinə qadağa qoyulub.
“Global Times” məlumat verir ki, bundan sonra Çində panqolinlərin pulcuqlarından dərman istehsalında istifadə edilməyəcək.
Səlahiyyətlilər qanunsuz ovçuluq səbəbindən populyasiyaları risk altına düşmüş panqolinləri qorumaq üçün belə addım atdıqlarını bildiriblər.
Qeyd edək ki, pulcuqlarında keratin maddəsi olan panqolinlər Çində ənənəvi dərman istehsalında istifadə edilir.
Cənubi Çin Kənd Təsərrüfatı Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma nəticəsində panqolinlərdə tapılan virusla yeni növ koronavirus arasında 99 faiz genetik uyğunluq aşkarlanıb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət