Dərc edildi: Baxış sayı: 565
Çində ölkə çempionatının başlayacağı tarix açıqlanıb
Koronavirus infeksiyasının yayıldığı ilk ölkə olan Çində vəziyyət stabilləşməyə başlayıb.
Apasport.az saytının məlumatına görə, yoluxma hallarının kəskin azalması daxili çempionatın bərpa olunmasını sürətləndirə bilər.
Çin Futbol Assosiasiyası vəziyyəti artıq nəzarəti altına götürə bildiyindən, Super Liqanı aprelin 18-də başlatmaq niyyətindədir. Mövsüm fevralın 22-də start götürməli idi. Lakin məlum xəstəlik ucbatından yarışın startı gecikir.
Qeyd edək ki, Çində koronavirus epidemiyasına yoluxanların 84 faizi sağalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət